“Hakimdən heç razı deyiləm” – Konte
“İnter”in baş məşqçisi Antonio Konte Çempionlar Liqasında “Barselona”ya məğlub olduqları oyundan (1:2) sonra fikirlərini bildirib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Konte, oyunun baş hakimi Damir Skominadan narazı qaldığını bildirib:
“Bunu demək çətindir, ancaq oyunda açıq şəkildə yönləndirmələr oldu. Hakimdən heç razı deyiləm. Bunun haqqında heç danışmaq da istəmirəm. Hakimlərə hörmətlə yanaşıram, onlardan da eyni şeyi gözləyirəm. Çempionlar Liqasının son finalının hakimi – Skomina “Kamp Nou”dakı atmosferdən təsirlənməməli idi.
Məncə, yaxşı oynadıq. “Barselona”ya problem yarada biləcəyimizi göstərdik. İmkanlarımız olduğu halda, dəyərləndirə bilmədik. Bundan istifadə edə bilmədiyimiz üçün peşmanıq. İkinci hissədə “Barselona”nın səviyyəsi ortaya çıxdı. Bəzi oyunçularım yoruldu və düşüş yaşadıq.
Bu məğlubiyyətə layiq deyildik. Çox çalışmağa davam edib, daha güclü olmalıyıq”.
Bizi Facebook-da izləyin