“İnter”in əfsanəsi “Spartak”ın baş məşqçisi təyin olundu

Serbiya millisinin sabiq futbolçusu Deyan Stankoviç “Spartak” (Moskva) komandasının baş məşqçisi təyin olunub.

Komanda.az Rusiya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis 2024/2025 mövsümündən etibarən “ağ-qırmızılar”ı çalışdıracaq.

İtaliyanın “İnter” klubunun əfsanəvi futbolçularından hesab olunan Stankoviç ötən ilin sentyabrından Macarıstanın “Ferentsvaroş” komandasına rəhbərlik edirdi.

Serb məşqçi “Spartak”da bu ilin aprelində istefaya göndərilmiş Gilyermo Abaskalı əvəz edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button