“İnter”i DÇ-də 1/4 finala buraxmadılar

ABŞ-də keçirilən Klublararası dünya çempionatı davam edir.

Komanda.az xəbər verir ki, 1/8 finalın növbəti matçında “İnter” “Fluminense” ilə qarşılaşıb.

Oyun Braziliya klubunun qələbəsi ilə başa çatıb. Bununla da, Milan təmsilçisi mundialla erkən vidalaşıb.

“Fluminense”nin 1/4 finaldakı rəqibi “Mançester Siti” (İngiltərə) – “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) cütünün qalibi olacaq.

Daha öncə “Palmeyras”, “Çelsi”, PSJ və “Bayern” 1/4 finala vəsiqə qazanıblar.

İnter (İtaliya) – Fluminense (Braziliya) 0:2
Qollar
: G.Cano, 3. Herkules, 90+4.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button