“İnter”dən Dzekoya təklif
“İnter” hücumçusu Edin Dzeko ilə müqaviləni uzatmaq üçün danışıqlar aparır.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Milan klubu bosniyalıya 2024-cü ilə qədər nəzərdə tutulan müqavilə təklif edir.
36 yaşlı forvardın klubla hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.
Dzeko bu mövsüm “İnter”in heyətində bütün turnirlərdə 22 oyuna çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin