
“İnter”dən baş məşqçi ilə yeni müqavilə
“İnter” baş məşqçisi Simone İnzaqi ilə müqavilə müddətini artırıb.
Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis 2026-cı ilə qədər “neradzzura”nı çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, İtaliya klubunda illik 6,5 milyon avro qazanacaq.
48 yaşlı məşqçi 2016-2021-ci illərdə “Latsio”nu çalışdırdıqdan sonra 2021-ci ildə “İnter”lə anlaşmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin