
“İnter”də Romelu Lukaku şoku – DÇ-yə gedə biləcək?
İtaliyanın “İnter” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Milan təmsilçisinin belçikalı hücumçusu Romelu Lukaku zədələnib.
O, A Seriyasının 12-ci turu çərçivəsində qarşılaşdıqları “Sampdoriya” ilə ev oyununda sıradan çıxıb. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, təcrübəli forvard sol bud nahiyəsindən zədə alıb.
Belçika millisinin də üzvü olan hücumçunun DÇ-2022-nin startına qədər sıraya dönəcəyi ehtimal olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin