“İnter”də olacağım müddətdə bunun üçün işləyəcəm” – Konte

İtaliya A Seriyasında mübarizə aparan “İnter”in baş məşqçisi təyin olunan Antonio Konte açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis, həyatında yeni dövrün başladığını deyib:

“Həyatımda yeni bir dövr başlayır, bunun üçün çox həyəcanlıyam. Burda görəcəyim işlə prezidentin və idarəçilərin mənə olan etimadına layiq olmaq üçün çalışacam.

“İnter”i möhkəm təmələ və böyük tarixə malik klub olduğu üçün seçdim. Bu klubu əvvəlki gücünə, böyüklüyünə qaytara bilməyi arzulayıram. “İnter”də olacağım müddətdə bunun üçün işləyəcəm”.

Konte ilə imzalanan müqavilənin detalları açıqlanmasa da, İtaliya mətbuatı mütəxəssislə 3 illik sözləşmə imzalandığını iddia edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button