Kapello: “İnter”də nəsə dəyişməlidir”

İtaliyalı mütəxəssis Fabio Kapello “İnter”in perspektivlərini şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandada nəyinsə dəyişməli olduğunu söyləyib:

“Əlbəttə, nəsə dəyişməlidir. Mən baş məşqçi Kristian Kivunu yaxşı tanıyıram, onunla işləmişik. O, ağıllı oğlandır, amma mənə elə gəlir ki, “İnter”in transfer bazarında problemləri var. Ademola Lukman, Leoni, indi də Kone. Fikirlər düzdür, amma heç bir nəticə yoxdur. Baxaq, klubun rəhbəri Cüzeppe Marottanın hələ vaxtı var”.

“İnter” bir müddət əvvəl baş məşqçisini dəyişib və Simone İnzaqini əvvəllər “İnter”də çıxış etmiş rumıniyalı mütəxəssis Kristian Kivu əvəzləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button