
İnzaqi: “Mən bu addımı şüurlu şəkildə atdım”
İtaliyalı mütəxəssis Simone İnzaqi “Əl-Hilal”a gözlənilmədən təyin olunmasını şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yeni bir şey sınamağın vacib olduğunu bildirib:
“Mən bu addımı şüurlu şəkildə atdım: çağırışı qəbul etdim və “İnter”də bir neçə gərgin ildən sonra komfort zonamı tərk etdim. Rəhbərlik etmək istədiyim başqa komanda yox idi. Mənim üçün düşüncəmi dəyişmək, üslubumu yenidən düşünmək və yeni bir şey sınamaq vacibdir”.
İnzaqi üçün bu, Avropadan kənarda ilk iş təcrübəsidir. O, “İnter”də dörd mövsüm keçirib və A Seriyasını, İtaliya kubokunu, iki superkubok qazanıb, həmçinin, Çempionlar Liqasının iki finalında oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



