“İnter”dən “Marsel”ə

“Marsel” “İnter”in hücumçusu Xoakin Korreanı icarə əsasında heyətinə qatıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Marsel” 29 yaşlı oyunçunun transfer hüquqlarına sonradan yiyələnə biləcək. Argentinalı ilə bir illik müqavilə imzalanıb.

“Marsel” yay transfer pəncərəsində İsmaila Sarrı, Ruben Blankonu, İliman Ndiayeni, Pyer-Emerik Obameyanqı Joffrey Kondoqbianı və Renan Lodini heyətinə qatıb.

Korrea 2022/23 mövsümündə “neradzurra”nın heyətində bütün turnirlər daxil olmaqla 41 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button