“İnter”dən ayrıldı, “Benfika”ya keçir
İtaliyanın “İnter” klubu yarımmüdafiəçisi Joao Mario ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə 28 yaşlı futbolçu ilə müqavilənin qarşılıqlı razılıq əsasında ləğv olunduğu diqqətə çatdırılıb.
Mario 2016-cı ildən “İnter”də oynayırdı. Lakin o, son mövsümləri icarə əsasında İngiltərənin “Vest Hem”, Rusiyanın “Lokomotiv” (Moskva) və Portuqaliyanın “Sportinq” klublarında keçirib.
Portuqaliya yığmasında da oynamış futbolçunun yaxın günlərdə “Benfika”ya transfer olunması gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin