“İnter”dən ayrılacağı gözlənilən 2 futbolçu ilə bağlı açıqlama
“İnter”in baş direktoru Cüzeppe Marotta hücumçu Lautaro Martines və müdafiəçi Milan Skrinyarın klubdan ayrıla biləcəyi ehtimalı barədə danışıb.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, klub rəsmisi, Skrinyarın “İnter”dən ayrıla biləcəyinə işarə vurub:
“Martinesin gələcəkdə komanda kapitanı olması üçün bütün şərtlər var.
Skrinyarın PSJ-yə transferi? Biz hər şeyi ən yaxşı şəkildə etmək istəyirik. Mövsümün sonunda nələrisə elan edəcəyik”.
“İnter” A Seriyasında 35 oyundan sonra 66 xalla üçüncüdür.
Komanda Çempionlar Liqasının yarımfinalında “Milan”la qarşılaşacaq. İlk görüş “San Siro”da baş tutub və “İnter” 2:0 hesabı ilə qələbə qazanıb. Cavab oyunu mayın 16-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin