“İnter”də yeni müqavilə

İtaliyanın “İnter” klubu kapitan Lautaro Martineslə başa çatan müqavilə müddətini yeniləyib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu daha 5 il Milan təmsilçisinin formasını geyinəcək.

26 yaşlı argentinalı hücumçu 2018-ci ildən “İnter”də çıxış edir. O, bu müddət ərzində 282 matçda 123 qol vurub.

Martines Argentina yığmasının heyətində 2022-ci il dünya çempionatının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button