
“İnter”də yeni müqavilə
“İnter”in müdafiəçisi Stefan de Vrey klubla yeni müqavilə imzalayıb.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun sözləşməsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub. “Neradzurra” bunu tezliklə rəsmi şəkildə açıqlayacaq.
De Vrey 2018-ci ildən “İnter”də forma geyinir. O, 2022/23 mövsümündə “İnter”in heyətində bütün turnirlər daxil olmaqla 38 oyuna çıxıb və bir qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin