“İnter”də yeni müqavilə
İtaliyanın “İnter” klubu müdafiəçisi Matteo Darmianla müqavilənin müddətini artırıb.
Komanda.az xəbər verir ki, 33 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2024-cü ilin yayına qədər komandada qalacaq.
Darmian “Milan”ın yetirməsidir. “Padova”, “Palermo”, “Torino”, “Mançester Yunayted” və “Parma” kimi klublarda da oynamış təcrübəli müdafiəçi 2020-ci ildən “İnter”də çıxış edir. O, bu komandada 92 oyunda 8 qol vurub. Müdafiəçi İtaliya yığmasında da 36 oyun keçirib, 1 qola imza atıb.
“İnter” digər oyunçularından Qabriel Brazanı SPAL-a, Eddi Salsedonu “Cenoa”ya, Sebastyano Espozitonu isə “Bari”yə icarəyə verib. Onların üçü də bu mövsümün sonuna kimi icarəyə göndərilib. Amma “Cenoa” Salsedonu satınalma şərti ilə heyətinə qatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin