
“İnter”də yeni hücumçu
“İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Bolonya”dan Marko Arnautoviçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı forvard 2023/2024 mövsümünü icarə əsasında “İnter”in heyətində keçirəcək. Milan klubu 10 milyon avro ödəyərək avstriyalı hücumçunu birdəfəlik transfer etmək hüququna malikdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin