“İnter”də qalmaq istəyir – Rəhbərliklə danışıb
“Latsio”ya məxsus olan, icarə əsasında “İnter”də çıxış edən Françesko Açerbi Milan təmsilçisinin heyətində qalmaq istədiyini bildirib.
Komanda.az DAZN-a istinadən xəbər verir ki, o, məsələ ilə bağlı klub rəhbərliyinin məlumatlı olduğunu deyib:
“İnter”də qalmaq istəyirəm. Bu barədə klubla danışmışam. Rəhbərlik mənim istəyimdən məlumatlıdır. Onları çox gözləməyəcəm”.
İtaliyalı futbolçunun “Latsio” ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. O, cari mövsümdə “İnter”in heyətində 30 oyuna çıxıb və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin