“İnter”də ciddi itki
“İnter”in müdafiəçisi Benjamin Pavar A Seriyasının “Atalanta” ilə (2:1) matçında zədələnib.
Komanda.az “RMC Sports”-a istinadən xəbər verir ki, bu gün keçirilən tibbi müayinə fransalı futbolçunun diz oynağının yerindən çıxması diaqnozu qoyulduğunu göstərib.
Pavar əməliyyat olunmayacaq, lakin onun təxminən 3-4 həftə gips taxacağı bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin