“İnter”də İnzaqiylə bağlı qərar verilib

“İnter”in baş məşqçisi Simone İnzaqi klubla müqaviləsini uzadacaq.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis “İnter”lə daha bir mövsüm uzatma variantı ilə 2024-cü ilin yayına qədər müqavilə imzalayacaq. Klub rəhbərliyi yaxın günlərdə yeni müqaviləni açıqlayacaq.

İnzaqi 2021-ci ilin yayından “İnter”i çalışdırır. Komanda son mövsümdə A Seriyasını ikinci pillədə başa vuraraq, İtaliya kubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button