“İnter”də fransalı hücumçu – Rəsmi

Fransalı futbolçu Anj-Yoan Bonni “İnter”ə keçib.

Komanda.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

21 yaşlı hücumçu üçün “Parma”ya 23 milyon avro ödənilib. Onunla 2030-cu ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.

Bonni 2021-ci ildən “Parma”da çıxış edir. O, ötən mövsüm A Seriyasında 37 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button