“İnter”dən rekord, Dzekodan Ronaldo sonrası ilk
Futbol üzrə İtaliya A Seriyasının 7-ci turu çərçivəsində keçirilmiş “Sassuolo” ilə oyun son ölkə çempionu “İnter” və hücumçusu Edin Dzeko üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, Milan təmsilçisi səfərdə baş tutan bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb.
“İnter”in qollarından birini Edin Dzeko vurub. Bu, bosniyalı hücumçunun cari mövsümdəki 6-cı qolu olub. Bununla da o, 1997/98 mövsümündə ilk 7 turda 6 qol vurmuş Ronaldonun rekordunu təkrarlayıb.
“İnter” isə A Seriyasında ardıcıl 12 oyunda azı 2 qol vurmağa nail olub. Bununla da milanlılar 1943-cü ildəki rekordunu təzələyib. Həmin vaxt bu komanda ardıcıl 11 matçda 2 və daha çox qol vurmağı bacarmışdı. “İnter” həm də ilk hissəsini məğlub başa vurduğu ardıcıl üç oyundan xalla ayrılmağa nail olub və ilki gerçəkləşdirib.
Bizi Facebook-da izləyin