“İnter” ona yeni müqavilə təklif edib

“İnter”in idman direktoru Piero Ausilio müdafiəçi Milan Skriniar haqda danışıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, slovakiyalı müdafiəçinin klubda qalması üçün yeni müqavilə təklif etdiklərini bildirib:

“Skriniara yeni müqavilə təklif etdik. Çünki onun komandada qalmasını istəyirik. İndi hər şey ondan asılıdır. Biz nikbinik”.

Öncədən PSJ-nin müdafiəçi ilə maraqlandığı və illik 10 milyon avro maaş təklif etdiyi bildirilirdi.

Skriniar bu mövsüm “İnter”in heyətində bütün yarışlar daxil olmaqla 21 oyun keçirib və qol vurmayıb. Onun klubla müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button