“İnter” 17 gün əvvəl satdığı futbolçunu geri qaytardı

İtaliyanın “İnter” klubu bir neçə gün əvvəl “Cenoa”ya satdığı futbolçusu Andrea Pinamontini geri qaytarıb.

Komanda.az xəbər verir ki, bu barədə “neradzurra”nın mətbuat xidməti məlumat yayıb.

Klub 17 gün əvvəl 19,5 milyon avro müqabilində “Cenoa”ya satdığı 21 yaşlı futbolçunu 20 milyon avroya alıb.

“Cenoa” 2019/20-ci ili icarə əsasında komandada keçirən hücumçunu satınalma maddəsi ilə transfer etmişdi. “İnter” də müqavilədə olan gerialma bəndi ilə futbolçunu qaytarıb. Pinamontinin “İnter”lə 2024-cü ilin yayınadək, illik 2 milyon avro məvacib şərtiylə müqavilə imzaladığı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button