“İnter” 35 yaşlı futbolçuya müqavilə təklif edəcək

İtaliyanın “İnter” klubu qapıçısı Samir Handanoviçlə bağlı qərarını verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “neradzurra” 35 yaşlı qapıçıyla yeni müqavilə imzalamaq niyyətindədir. Milan klubu yaxın vaxtlarda qolkiperə 2022-ci ilin yayınadək nəzərdə tutulan yeni müqavilə təklif edəcək.

2012-ci ildən “İnter”in şərəfini qoruyan sloveniyalı futbolçunun klubla müqaviləsi 2021-ci ilin iyununda başa çatır. O, cari mövsümdə 30 oyunda forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button