“İnter”dən hücumçusuna yeni müqavilə – İllik 2,7 milyon avro
İtaliyanın “İnter” klubu hücumçusu ilə yeni müqavilə imzalamaq qərarına gəlib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “neradzurra” Lautaro Martineslə müqavilənin müddətini uzatmaq niyyətindədir. 22 yaşlı futbolçuya 5 illik müqavilə təklif etməyə hazırlaşan milanlılar, onun məvacibini də artırmaq istəyir. Belə ki, Milan təmsilçisi Lautaronun məvacibini ildə 1,5 milyon avrodan 2,7 milyon avroya qaldırmağı planlaşdırır.
2018-ci ildə “İnter”ə transfer olunan argentinalı futbolçu, bu mövsüm A Seriyasında keçirdiyi 2 matçda 1 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin