
“İnter”də qalmaqdan qürur duyuram” – Çalhanoğlu
“İnter”in futbolçusu Hakan Çalhanoğlu Milan təmsilçisi haqda danışıb.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, türkiyəli futbolçu “İnter”i xüsusi klub adlandırıb:
“İnter”də qalmaqdan qürur duyuram. Burada oynamağa davam etmək istəyirəm. Çünki “İnter” xüsusi klubdur”.
Onun klubla cari müqaviləsi 2024-cü ildə başa çatacaq. Çalhanoğlu 2021-ci ildən “İnter”də çıxış edir.
O, cari mövsümdə İtaliya A Seriyası təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 32 oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin