“İnter”də itki – “Barselona” ilə oyunları buraxacaq
“İnter”in futbolçusu Marselo Brozoviç “Barselona”ya qarşı UEFA Çempionlar Liqasının hər iki oyununu buraxacaq.
Komanda.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Xorvatiya millisinin Avstriya ilə UEFA Millətlər Liqasının 6-cı tur matçında (3:1) zədələnib.
Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç oyundan sonrakı mətbuat konfransında Brozoviçin 3-4 həftə yaşın meydanlardan kənarda qalacağını bildirib.
“İnter” “Barselona”ya qarşı qrupdakı ilk oyununu oktyabrın 4-də səfərdə, növbəti matçını isə oktyabrın 12-də evdə keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin