“İnter”də ən çox maaşı o alacaq
“İnter”in hücumçusu Lautaro Martines tezliklə klubu ilə yeni müqavilə imzalayacaq.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, yeni müqavilənin şərtlərinə əsasən, 26 yaşlı argentinalı vergi ödənişləri nəzərə alınmaqla, ildə 7 milyon avro alacaq. Beləliklə, o, “İnter”in ən çox maaş alan futbolçusu olacaq.
Yeni müqavilə 2028-ci ilə qədər qüvvədə olacaq.
Martines 2018-ci ildən “İnter”də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 19 oyun keçirib, 15 qol vurub və üç məhsuldar ötürmə edib. Onun “İnter”lə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin