“İnter” gözünü “Yuventus”un futbolçusuna dikib
“İnter” “Yuventus”un yarımmüdafiəçisinə göz dikib.
Komanda.az “Sport Mediaset”-ə istinadən xəbər verir ki, söhbət yaxın vaxtlarda “qoca sinyora” ilə müqaviləni yeniləməsə, azad agentə çevriləcək 29 yaşlı Adrien Rabiodan gedir.
“İnter” rəhbərliyi vəziyyəti fəal şəkildə izləyir və fransız yarımmüdafiəçiyə “Yuventus”dan daha sərfəli əməkdaşlıq şərtləri təklif etməyə hazırdır.
Rabio 2019-cu ildən Turin klubunda çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin