“İnter” iranlı hücumçunu yunanlara satmağa razılaşıb

“İnter”in hücumçusu Mehdi Taremi yay transfer pəncərəsinin sonuna qədər komandadan ayrıla bilər.

Milan klubu 33 yaşlı futbolçuya ümid etmədiyi üçün onu transfer pəncərəsinin bağlanmasına qədər satmağı planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu artıq Yunanıstan çempionu “Olimpiakos”un təklifini qəbul edib. İndi son söz futbolçuya məxsusdur – Taremi razılıq verəcəyi halda, keçid baş tutacaq.

İranlı forvard “İnter”də bir mövsüm çıxış edib. O, 43 matçda 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

“Olimpiakos” ötən mövsüm Yunanıstan çempionu olub və bu il UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq.

Çempionlar Liqasının püşkatması bu gün keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button