“İnter” yenə təklif etdi, “Roma” yenə “yox” dedi

İtaliyanın “İnter” klubu “Roma”dan heyətinə qatmaq istədiyi Edin Dzeko üçün növbəti dəfə təklif göndərib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “İnter” 33 yaşlı futbolçu üçün “canavarlar”a 15 milyon avroluq təklif göndərib. Paytaxt klubu bu təklifdən imtina edərək, təzminat qiyməti olaraq 20 milyon avro tələb edib. “Roma”nın futbolçunun klubdan ayrılmasını istəmədiyi üçün 20 milyon avrodan aşağı təklifləri qəbul etməyəcəyi bildirilir. “İnter”in əvvəlki təklifi 10 milyon avro idi.

“İnter”in baş məşqçisi Antonio Kontenin bu transferin ən qısa müddətdə həyata keçirilməsini tələb etdiyi və tərəflər arasında danışıqların aparıldığı deyilir.

Bosniya və Herseqovina millisinin şərəfini qoruyan Dzeko, son mövsümdə “Roma”nın heyətində keçirdiyi 40 oyunda 14 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button