
“İnter” yeni prezidentinin adını açıqladı
Cüzeppe Marotta “İnter”in prezidenti təyin edilib.
Komanda.az xəbər verir ki, bu barədə Milan klubunun mətbuat xidməti məlumat yayıb.
Marotta 2018-ci ilin dekabrında baş direktor vəzifəsini tutaraq, “İnter”ə gəlib. Bundan əvvəl o, uzun illər İtaliyanın digər klubunda – “Yuventus”da çalışıb.
“İnter” 2023/2024 mövsümündə İtaliya çempionluğunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin