“İnter” yeni müqaviləyə hazırlaşır
İtaliyanın “İnter” klubu futbolçusu Marselo Brozoviçlə yeni müqavilə imzalayacaq.
Komanda.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikola Skira özünün “tvitter” səhifəsində paylaşım edib. Skira iddia edib ki, tərəflər artıq sözləşmə müddətinin uzadılması ilə bağlı razılığa gəliblər. Anlaşmaya əsasən, xorvatiyalı yarımmüdafiəçi 2025-ci ilin yayınadək “İnter”in formasını geyinəcək.
29 yaşlı futbolçu cari mövsümdə “İnter”in heyətində 18 oyun keçirib və 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin