“İnter” 2 hücumçu ilə vidalaşmağı planlaşdırır

“İnter” yay transfer pəncərəsində hücumçular Marko Arnautoviç və Xoakin Korrea ilə yollarını ayırmağı planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu hər iki futbolçunun bu il başa çatacaq müqavilələrini yeniləmək niyyətində deyil. Bu oyunçularla yolları ayırmaq qərarı həm də klubun yay transfer siyahısını yeniləmək planları ilə əlaqələndirilə bilər, çünki komanda hücum xəttini gücləndirmək istəyir.

Arnautoviç bu mövsüm “İnter”in heyətində bütün turnirlərdə 26 oyun keçirib, 7 qol vurub və 2 məhsuldar ötürmə edib. Korrea isə 19 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button