Yayda alınmışdı, qışda satıla bilər

“İnter”in yarımmüdafiəçisi Luis Enrike komandadan ayrılmağa namizədlərdən biridir.

Milan klubu braziliyalı futbolçunu bu ilin iyununda, “Marsel”dən təxminən 23 milyon avroya transfer etmişdi. Ancaq o, nadir hallarda start heyətində yer aldığı üçün tezliklə klubdan gedə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, şayiələrə baxmayaraq, klub rəhbərliyi Enrikeyə yeni komanda axtarmaq tapşırığı verməyib. Ancaq onun qış transfer pəncərəsində ayrılması real hesab olunur.

23 yaşlı futbolçunun dəyəri “transfermarkt” tərəfindən 25 milyon avro olaraq qiymətləndirilir. Onun “İnter”lə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button