“İnter” və “Borussiya” ingiltərəli futbolçunu izləyir

“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qrilişin adı Avropanın başqa yüksək liqaları ilə əlaqələndirilir.

29 yaşlı futbolçu “şəhərlilər”in əsas heyətində nadir hallarda meydana çıxır, buna görə də mətbuatda onun mümkün gedişi ilə bağlı davamlı söhbətlər gedir.

Komanda.az “The Sun Football”-a istinadən xəbər ki, “İnter” və Dortmund “Borussiya”sı Qrilişin vəziyyətini diqqətlə izləyir.

İngiltərəli futbolçunun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. İngiltərə klubu onu 2021-ci ilin yayında “Aston Villa”dan 117,5 milyon avroya alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button