Türklə müqavilə yenilənəcək
“İnter” futbolçuları Hakan Çalhanoğlu və Matteo Darmianla yaxın vaxtlarda cari müqavilələrinin müddətini uzadacaq.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, italiyalı futbolçu Darmianın sözləşməsi 2024-cü ilin yayına qədər uzadılacaq.
Onun klubla cari müqaviləsinin müddəti altı aydan sonra başa çatacaq. Bu mövsüm o, bütün turnirlər daxil olmaqla “İnter”in heyətində 20 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Türkiyəli futbolçu Hakan Çalhanoğlunun isə Milan təmsilçisi ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədər qüvvədədir. O, 2022/23 mövsümündə “İnter”in heyətində 25 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin