“İnter” Türamın oğlu ilə maraqlanır
“İnter” “Nitsa”nın yarımmüdafiəçisi Kefren Türamla maraqlanır.
Komanda.az xəbər verir ki, bu barədə “Calciomercato” məlumat yayıb. 21 yaşlı fransalı futbolçu sabiq müdafiəçi Lilian Türamın oğludur.
Məlumatda bildirilir ki, İtaliya klubu fransalı yarımmüdafiəçini Marselo Brozoviçin əvəzləyicisi kimi görür.
Türam cari mövsümdə bütün turnirlərdə “Nitsa” ilə 38 oyun keçirib, 4 qol vurub, 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin