“İnter”dən transferlərlə bağlı yeni qərar
“İnter” yaşlı futbolçuların transferindən imtina etmək qərarına gəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubunun rəhbərliyi qarşıdan gələn transfer pəncərələri ilə bağlı qayda tətbiq edəcək. Klub 25 yaşdan yuxarı futbolçularla müqavilə imzalamayacaq. “İnter” rəhbərliyi komandanı gəncləşdirmək və maaş xərclərini azaltmaq istəyir.
Hazırda “İnter”in yaşı 30-dan yuxarı olan 11 futbolçusu var ki, onlardan dördünün yaşı 35 və daha çoxdur. Komandada yalnız üç nəfərin yaşı 24-dən aşağıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin