“İnter” Çalhanoğluna xəbərdarlıq edib

“İnter” yarımmüdafiəçisi Hakan Çalhanoğlunun satış məsələsini uzatmaq istəmir.

31 yaşlı futbolçunun “Qalatasaray”a keçidi gündəmdədir. Müxtəlif mənbələrin məlumatına görə, Milan klubunun prezidenti Cüzeppe Marotta da bildirib ki, Hakan artıq “İnter”də oynamaq istəmir.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, klub türk futbolçuya ultimatum verib – vəziyyət mövsümöncəsi hazırlıq başlayana qədər aydınlaşmalıdır.

Potensial alıcılar “İnter”i qane edən təkliflə çıxış etməsələr, Çalhanoğlunun komandada qalması qaçılmaz olacaq.

“İnter” Çalhanoğlunun satışı ətrafında yaranan qeyri-müəyyənliyin komandanın hazırlığına və daxili atmosferə mənfi təsir göstərməsini istəmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button