“İnter” superkubok matçında “Yuventus”a qalib gəldi

Futbol üzrə İtaliya superkubokunun qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, həlledici oyunda son çempion “İnter”lə ölkə kubokunun qalibi “Yuventus” üz-üzə gəlib.

“San Siro”da keçirilən oyunda qapılara bütövlükdə 3 qol vurulub. Hesabı ilk yarıda “Yuventus” açsa da, “İnter” elə fasiləyə qədərə bərabərlik qolunu vurmağı bacarıb. Əsas vaxtda başqa qol qeydə alınmayıb. Əlavə vaxtda daha bir qol vuran “İnter” superkubokun qalibi olub – 2:1.

“İnter” tarixində 6-cı dəfə İtaliya superkubokunun qalibi olub. Milan təmsilçisi daha öncə 1989, 2005, 2006, 2008 və 2010-cu illərdə bu titula yiyələnmişdi. Ən çox superkubok qazanan komandalar isə “Milan” (7) və “Yuventus”dur – 9 dəfə.

İtaliya Super Kuboku

12 yanvar

İnter – Yuventus 2:1
Qol
: L.Martines, 35. A.Sançes, 120 – Makkenni, 25.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button