
Fabreqas “İnter” rəhbərliyi ilə görüşəcək
“Komo”nun baş məşqçisi Sesk Fabreqas yaxın günlərdə klub rəhbərliyi ilə Londonda görüş keçirməlidir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis “İnter”in hazırkı baş məşqçisi Simone İnzaqini əvəzləməyə əsas namizəddir.
O, Milan klubunun diqqətini xüsusilə cəlb edib.
“Komo” Fabreqasın rəhbərliyi altında A Seriyasındakı debüt mövsümünü turnir cədvəlinin 10-cu pilləsində başa vurub. 38 yaşlı çalışdırıcı həm də gənc oyunçularla uğurlu işi ilə tanınıb və bu amil onun məşqçilik nüfuzunu artırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin