
“İnter” Spallettini göndərdi – Rəsmi
“İnter” baş məşqçisi Luçano Spalletti ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Spallettinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
İtalyan mütəxəssis 2017-ci ildən “İnter”i çalışdırırdı. Onun “neradzurra” ilə 2021-ci ilin yayına qədər müqaviləsi var idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin