
“İnter” Sommerə əvəzləyici tapıb
“İnter” transfer bazarında qapıçısı Yan Sommeri əvəzləmək variantlarını araşdırır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Qalatasaray” isveçrəli futbolçu ilə maraqlanır və o, bu yay komandadan ayrıla bilər. İtaliya klubu Sommer üçün potensial əvəzedici kimi “Atalanta”nın qapıçısı Marko Karnesekkiyi nəzərdən keçirir. Klub artıq 25 yaşlı futbolçu ilə bağlı araşdırma aparıb.
Qolkiperin “Atalanta” ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin