“İnter” slovakiyalıdan cavab gözləyir
“İnter” müdafiəçisi Milan Skriniara yeni müqavilə təklif edib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Milan təmsilçisi slovakiyalı futbolçuya ildə 6 milyon avro ödəməyə hazır olduğunu bildirib. Klub məbləği artırmağı düşünmür. “İnter” hazırda futbolçudan cavab gözləyir.
Fransanın PSJ klubu da futbolçunun xidmətində maraqlıdır.
Skriniar bu mövsüm “İnter”in heyətində bütün turnirlər daxil olmaqla 21 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin