
“İnter”də Sançeslə bağlı qərar verilib
Aleksis Sançes cari mövsümün sonunda “İnter”i tərk edəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, çilili futbolçu Milan klubundan azad agent kimi ayrılacaq.
35 yaşlı forvardın müqaviləsi cari mövsümün sonunda başa çatır. “İnter” onunla müqaviləni yeniləməyəcək.
Sançes “İnter”lə birlikdə 2 dəfə A Seriyasının, İtaliya kubokunun, 2 dəfə ölkə superkubokunun qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin