“İnter”in qapıçısı qəza törədib, bir nəfərin ölümünə səbəb olub

“İnter”in qapıçısı Xosep Martines bədbəxt hadisə ilə üzləşib.

Komanda.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, ispaniyalı qolkiper elektrikli əl arabasında olan yaşlı bir kişini maşını ilə vuraraq, ölümünə səbəb olub.

Hadisə oktyabrın 28-də, səhər saatlarında baş verib. 81 yaşlı kişi hadisə yerindəcə ölüb – baxmayaraq ki, Martines və təcili tibbi yardım əməkdaşları ona ilk yardımı göstərməyə çalışıblar.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları istintaqa başlayıb. İlkin versiyalardan birinə əsasən, yaşlı kişi səhhətinin qəfil pisləşməsi səbəbindən hərəkət istiqamətini dəyişib və bu da qəzanın baş verməsinə gətirib çıxarıb.

Komо prokurorluğu hadisəni ehtiyatsızlıqdan adam öldürmə kimi araşdırır. İtaliya qanunvericiliyinə görə, Martinesi iki ildən yeddi ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

27 yaşlı Martines 2024-cü ilin yayında “Cenoa”dan “İnter”ə transfer olunub. O, daha əvvəl “Las-Palmas”da və “Leyptsiq”də çıxış edib. Futbolçu 2021/22 mövsümündə “Leyptsiq”lə Almaniya kubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button