“İnter” qərarsızdır

“İnter” “Mançester Yunayted”in hücumçusu Rasmus Hoylundun transferində qərarsızdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, milanlılar danimarkalı futbolçunun əsas iddiaçılarından biri hesab olunsa da, “qırmızı şeytanlar”ın maliyyə tələblərini qarşılamaq çətin görünür.

“Mançester Yunayted” 22 yaşlı forvardın yalnız birdəfəlik transferinə razıdır, amma “İnter” onu satınalma şərti ilə icarəyə götürmək niyyətindədir. Bu səbəbdən, A Seriyası klubu artıq alternativ hücumçu variantlarını araşdırmağa başlayıb.

Hoylunda İtaliyanın digər klubu “Napoli” də maraq göstərir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button