“İnter” Premyer Liqa klubu ilə danışıq aparır – Baş məşqçiyə görə

“Brayton”un baş məşqçisi Roberto De Zerbi “İnter”i çalışdıra bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.

Məlumata görə, “İnter” rəhbərliyi artıq De Zerbinin keçidi ilə bağlı “Brayton”la əlaqə saxlayıb. Danışıqların əsas məqsədi De Zerbinin keçidi üçün 13 milyon avro olan təzminatın məbləğini azaltmaqdır.

“İnter”in hazırkı baş məşqçisi 2021-ci ildən bəri komandada olan Simone İnzaqidir. Onun “neradzurra” ilə müqaviləsi 2024-cü ilin yayına kimidir.

De Zerbinin İtaliyada iş təcrübə var. O, “Palermo”, “Benevento” və “Sassuolo”da çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button