“İnter” Polşa millisinin futbolçusunu transfer etdi
İtaliyanın “İnter” klubu digər A Seriyası təmsilçisi “Napoli”dən Pyotr Zelinskini transfer edib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı polşalı futbolçu ilə müddəti 2028-ci ilə qədər olan müqavilə imzalanıb.
2016-cı ildən “Napoli” klubunun formasını geyinən yarımmüdafiəçi bu müddət ərzində 364 oyun keçirib, 51 qola imza atıb. Zelinski Polşa millisinin heyətində meydana çıxdığı 93 matçda 12 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin